Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib.

Bu barədə Komissiyanın Prezidenti Ursula von der Leyen keçirdiyi mətbuat konfransında bildirib.

O, Ukrayna və Moldovanın Avropa perspektivinə layiq olduqlarını qeyd edərək hər iki ölkədə bəzi boşluqların aradan qaldırılması üçün islahatların aparılmasına ehtiyacın olduğunu söyləyib.

Gürcüstana gəlincə, U.Layen bildirib ki, ölkə struktur islahatlar və Aİ-yə aydın yol xəritəsi hazırlamaq üçün siyasi cəhətdən bir araya gəlməlidir: “Komissiya Gürcüstana namizəd statusu təqdim etməzdən öncə ölkənin bir sıra şərtlərə necə cavab verdiyinin qiymətləndirilməsini tövsiyə edir”.

.