"Avropa İttifaqı (Aİ) əvvəlki kimi qazın istehlakından çox asılıdır. Avropa Komissiyasının səylərinə baxmayaraq, bu trend son illərdə artmaqda davam edir".

“Prime” agentliyi xəbər verir ki, bunu Avropa enerji komissarı Kadri Simson bildirib.

Onun fikrincə, Aİ bu tendensiyanı aradan qaldırmalıdır.

Qeyd edək ki, hazırda Aİ istehlak etdiyi qazın 90%-ni idxal edir. Əsas tədarükçü qismində isə Rusiya çıxış edir.

.