Avropa Daxili İşlər Komissarı İlva Yohanson qitə ölkələrini Əfqanıstandan olan qaçqınlar üçün kvotaları artırmağa çağırıb.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

Yohanson Almaniyanın "Handelsblatt" qəzetinə verdiyi müsahibədə deyib ki, Avropa həmrəylik nümayiş etdirməli və ehtiyacı olanları qorumalıdır.

Onun sözlərinə görə, sentyabr ayında Əfqanıstandan olan qaçqınların yerləşdirilməsi ilə bağlı xüsusi forum çağırılıb.

.