"Seçkilər hər bir ölkə üçün mühüm prosesdir. Azərbaycanda baş tutacaq seçkilərin açıq və demokratik keçəcəyinə ümid edirik".
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestudis Yankauskas aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini şərh edərkən deyib.
Seçkilərdə Aİ-dən müşahidəçilərin olub-olmayacağı ilə bağlı suala səfir belə cavab verib: "Biz ATƏT və DTİHB təcrübəsinə əsaslanırıq. Avropa Parlamenti dəvət olunmayıb. Azərbaycan üzvü olduğu təşkilatlara dəvət göndərib. Biz indi ATƏT DTİHB-nin qərarını gözləyirik".
