"Təklif edirəm ki, itkin düşmüş şəxslərlə bağlı Avropa İttifaqında vahid bir təşkilat yaradılsın".

Bunu Sabiq millət vəkili, Birləşmiş Krallıq Parlamenti Birləşmiş Krallığın Xarici İşlər Ofisində sabiq nazir Rəhman Çişti “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"İstənilən şəxslə bağlı ciddi insan hüquqları pozuntusu varsa, niyə sanksiya tətbiq etməyək? İnformasiyanın çatdırılmaması belə beynəlxalq hüququn pozulmasıdır. Məsələnin həlli qərarlar və konvensiyalarla bitməməlidir", - o deyib.

Həmçinin Rəhman Çişti hesab edir ki, ölkələrin itkin düşmüş şəxslər üzrə xüsusi nümayəndəsi olmalıdır: "İtkin düşmüş şəxslərin axtarılması sübutların dəlillərin tapılması, münaqişələrin həlli baxımından önəmli addımdır. Odur ki, cəmiyyətlər, icmalar keçmişdə edilən yanlış hərəkətlərin islah olunması və gələcəkdə təkrarlanmaması üçün birgə addım atmalıdır. İtkin düşmüş şəxslərin axtarılması, tapılması barışıq və daha dərin məsələlərin həlli istiqamətində mühüm faktordur".

.