
Avropa İttifaqı və Ermənistan arasında çərçivə sazişi imzalanıb.
Yenizaman Ermənistan XİN-ə istinadən xəbər verir ki, sazişi xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici siyasət işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb.
Mirzoyan və Kallas “Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Ermənistanın Aİ-nin Böhran Vəziyyətlərində İdarəetmə fəaliyyətlərində iştirakının çərçivəsinin müəyyən edilməsi haqqında” saziş imzalayıblar.
.