Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şark Mişellə telefonla danışıb.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib.
Tərəflər Brüsseldə avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında planlaşdırılan görüşü müzakirə ediblər.
Tərəflər dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq danışıqların effektiv keçiriləcəyinə ümidlərini ifadə ediblər.
.
