“Rusiya Moldovanın Avropa İttifaqına üzvlüyünə dair referenduma çoxsaylı müdaxilələr edib”.

Yenizaman-ın “Reuters“ə istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stano bildirib.

O deyib ki, rəsmi Moskva mütəmadi olaraq təkcə Moldova deyil, Avrozona ölkələrində də baş verən proseslərə müdaxilə etməyə çalışır:

"Rusiyanın bu addımları sərhəd tanımır. Avropa İttifaqı olaraq biz müəyyən prinsiplərə və qanunlara riayət edirik, lakin rəsmi Moskva bu istiqamətdə hər hansı addım atmır və qanunun aliliyini tanımır. Rusiya seçicilərin səslərini alıb, onların səsvermə məntəqələrinə avtobuslarla çatdırılmasını təmin edib. Onu da bildirim ki, Avropa Komissiyası prosesə səsvermənin yekun nəticələrinin elan olunduqdan sonra qiymət verəcək”.

.