Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının Əfqanıstanla bağlı fövqəladə iclası keçiriləcək.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borell "Twitter"də bildirib.

Onun sözlərinə görə, Əfqanıstanla bağlı ilkin dəyərləndirmələr üçün avqustun 17-də Aİ-yə üzv ölklərin XİN rəhbərlərinin video-konfrans formatında fövqəladə iclası keçiriləcək.

"Əfqanıstan yol ayrıcındadır. Söhbət bu ölkənin vətəndaşlarının təhlükəsizliyi, rifahı, eləcə də beynəlxalq təhlükəsizlikdən gedir", - deyə Aİ-nin Ali Nümayəndəsi bildirib.

.