Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqından çıxmaq haqda Lissabon müqaviləsinin 50-ci maddəsinin qüvvəyə minməsi və ölkənin Avropa İttifaqından çıxması prosesinin başlanması haqqında rəsmi bildiriş imzalayıb.

BBC-i xəbər verir ki, bildiriş bu gün Avropa İttifaqının sədri Donald Tuska çatdırılacaq.

Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, dövlət Avropa İttifaqından çıxmaq istəyirsə, öz konstitusiyasının tələblərinə uyğun şəkildə bu haqqında müraciət etməlidir. Bundan sonra ittifaqdan çıxmağın şərtləri barədə danışıqlar başlayır. Bu danışıqlara 2 ilə qədər vaxt sərf olunur.

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Yelizaveta ölkənin Avropa İttifaqından çıxması haqqında qanun layihəsini martın 16-da təsdiqləyib.

.