Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə idarəsinin baş direktoru Kriatian Danielson və Avropa Xarici Siyasət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İdarəsinin icraçı direktoru Tomas Mayr-Harting yanvarın 31-də Azərbaycana gəlir.
APA-nın məlumatına görə, bu barədə Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel bildirib.
Onların Bakıda yüksək səviyyəli görüşləri nəzərdə tutulur: "Onlar Azərbaycana əməkdaşlıq prioritetləri sənədinin layihəsini təqdim edəcəklər. Bu kimi sənəd assosiasiya sazişi olmayan ölkələr üçün tərtib edilir. Sənəd Azərbaycanla növbəti 3 il üçün əməkdaşlıq prioritetlərini müəyyənləşdirir. Sənəddə bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər də əksini tapacaq".
"Dünən və bu gün Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıqla bağlı energetika, nəqliyyat və ətraf mühitə dair alt komitənin iclası keçirilib".
Bu sözləri də Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel deyib.
O bildirib ki, bu görüş alt komitənin son 3 ildə keçirilən ilk iclasının olduğunu bildirib: "Danışdıq ki, bu görüşləri mütəmadi şəkildə, hər il keçirilsin. Görüş çox məhsuldar oldu intensiv dialoq aparıldı. Biz Azərbaycan tərəfdən tək energetika sahəsinə deyil, alternativ enerji resurslarına marağın olmasından çox məmnun olduq. Görüşlərdə ətraf mühit, iqlim dəyişikliyi və nəqliyyat məsələləri də müzakirə olunub. Azərbaycanın Avropa ilə Asiya arasında tranzit rolu oynamasına dair də fikir mübadiləsi aparıldı".
