Avropa İttifaqı Prezident seçkilərinin nəticələrini saxtalaşdırma və etirazçılara qarşı şiddət iddialarına görə Belarusun 31 yüksək vəzifəli məmuruna qarşı iqtisadi sanksiyalar tətbiq edəcək.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Əvvəl bizim siyahıda 14 məmurun adı vardı, lakin bir çox ölkələr bu rəqəmin az olduğunu bildirdilər. Hazırda daha 17 şəxsin adı ilə bağlı razılıq əldə olunub”, - deyə “Reuters”ə danışan mənbə bildirib.

Əlavə olaraq qeyd olunur ki, siyahıya Prezident Aleksandr Lukaşenkonun adı daxil edilməyib.

.