Avropa İttifaqı (Aİ) 2030-cu ilə iqlim məqsədlərinə çatmaq üçün əlavə investisiyalara 470 mlrd. avrodan çox vəsait yönəltməli olacaq. Sözügedən məqsədlərin əsas hissəsi karbon emissiyasının 1990-cı il ilə müqayisədə 2030-cu il üçün 55% azaltmaqdan ibarətdir.

Xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

Sədr qeyd edib ki, bu məbləğdə investisiyaların toplanması özəl, dövlət, Avropa və beynəlxalq mənbələrin cəlb edilməsi hesabına mümkün ola bilər.

U. Lyayen bildirib ki, "Yeni Nəsilin Aİ-si" proqramı çərçivəsində bütün layihələrin həyata keçirilməsi Aİ iqtisadiyyatının illik 2% artımını təmin edə biləcək. O, həmçinin Avropa Komissiyasının artıq bütün bu layihələri yaşıl istiqrazların hesabına uğurla maliyyələşdirdiyini vurğulayaraq, Aİ-nin bu növ qiymətli kağızların dünyada ən böyük emitenti olduğunu qeyd edib.

Sədrin fikrincə, bazarın Avropa istiqrazlarına marağı artır, tələbat ardıcıl olaraq hər buraxılışın həcmini bir neçə dəfə üstələyir.

.