Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Avropa İnsan Haqları Məhkəməsini Ermənistanın təxribatları ilə bağlı məlumatlandırıb.

APA xəbər verir ki, bu barədə Çingiz Əsgərov özü məlumat verib.

“Bu gün Avropa İnsan Haqları Məhkəməsini Ermənistanın öz öhdəliklərinin ziddinə olaraq Azərbaycanın suveren ərazisində törətdiyi təxribatlar və bizim Silahlı Qüvvələrimizin Azərbaycan xalqının təhlükəsizliyinə və müdafiəsinə əlavə təhdidlərin qarşısının alınması məqsədilə gördüyü qəti tədbirlər barəsində məlumatlandırdım”, - Çingiz Əsgərov bildirib.

.