“Həm Ukraynanın, həm də Avropanın həyati təhlükəsizlik maraqlarını qorumaq üçün güclü təhlükəsizlik təminatlarına ehtiyac var”.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyan edib.

“İstər əməkdaşlığın inkişaf etdirilməsində, istərsə də digər ölkələrdən təchizatda Ukrayna Silahlı Qüvvələrinə heç bir məhdudiyyət ola bilməz. Aİ Ukrayna və Avropanın hərbi potensialının artırılması və Ukraynanın hərbi sənayesinin, xüsusilə pilotsuz təyyarələrin istehsalı sahəsində gücləndirilməsi üçün hərbi səylərini gücləndirəcək. Brüssel də Ukraynanın Aİ-yə qəbulunu dəstəkləyəcək ki, bu da təhlükəsizlik zəmanətinin bir formasıdır”, - deyə o bildirib.

.