"Avropa İttifaqı və Azərbaycan çoxsaylı ortaq maraqlara malikdir. Enerji təhlükəsizliyi bunlardan yalnız biridir”.
Bu barədə Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarı Yohannes Han (Joannes Han) APA-ya açıqlamasında bildirilib.
""Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq sözügedən maraqların reallaşdırılması üçün bir alətdir. Biz konkret dəstək təklif edirik: regional əməkdaşlıq nəzərə alınmazsa, Avropa Qonşuluq Aləti (ENİ) tərəfindən 94 milyon avroya yaxın yardım Azərbaycan üçün 2014-2017-ci illərdə əlçatandır. Azərbaycanla əməkdaşlığın əsas məqsədi Azərbaycanın müasirləşmə, regional inkişaf, təhsil və ədliyyə sahələrində öz yolunu dəstəkləməkdir”, - deyə Y. Han vurğulayıb.
O əlavə edib ki, Riqada keçiriləcək "Şərq tərəfdaşlığı sammitindən öncə Azərbaycana səfər etməyi planlaşdırır.
"Böyük ehtimal ki, bu səfər apreldə baş tutacaq. Lakin dəqiq tarix hələ müəyyənləşməyib”, - deyə komissar bildirilib. .