Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova müvəqqəti diskvalifikasiya olunub.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) qərar qəbul edib.

Bolqarıstanlı legionerin dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir.

Qeyd edək ki, Boyanka Kostova aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb.

.