Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketron Eşton İsrail rejiminin məskunlaşma siyasəti ilə bağlı son qərarına etiraz edib. Ketron Eşton bildirib ki, Şərqi Qüds, Har Homa, Neve Yakov və Pisqat Zev məntəqələrində 558 məskunlaşma inşaatı üçün rəsmi icazənin verilməsi qəbulolunmazdır.
Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi əlavə edib ki, İsrail rəhbərliyinin məskunlaşma siyasəti tərəflər arasında sülhün əldə olunma ehtimalını təhlükə altında qoyur: "Bu planlar Qüdsün iki dövlət paytaxtı olma ehtimalını və Şərqi Qüdslə İordan çayının Qərb sahili arasındakı regional əməkdaşlığı riskə atır. Həm Avropa Birliyi, həm də beynəlxalq ictimaiyyət Qüdsün son statusu haqqında birtərəfli qərarların qəbulunu təhlükəli sayır. Nə olursan olsun, bu cür addımlardan çəkinmək mütləqdir."
.
