AVRO-2024-ün seçmə mərhələsinin II turunun növbəti oyunlarından sonra statistik göstəricilər bəlli olub.
Hər iki matçda məğlub olan Azərbaycan millisi hələlik təsnifatda ən çox qol buraxan ikinci komandadır.
Canni De Byazinin baş məşqçisi olduğu yığma iki görüşdə qapısında 9 qol görüb. Milli bu göstəricidə yalnız Lixtenşteyndən (11 qol) geri qalır.
Cəbəllütariq və Lüksemburq 6, Belarus 5 (bir oyuna), San Marino, Malta və Bolqarıstan seçmələri isə 4 qol buraxıblar.
Azərbaycan komandası ən çox qola mane olan kollektivlərin sırasında da yer alıb. Yığma 10 seyvlə Finlandiya ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Yusif İmanov Avstriya ilə qarşılaşmada 8, Emil Balayev İsveçlə matçda iki dəfə qurtarış edib. İmanov ümumi qapıçıların siyahısında 6-cı pillədə qərarlaşıb.
Milli üzvü Höccət Haqverdi ikili mübarizələrdə 6 dəfə qalib gəlib. O, hazırda bu göstəricidə 4-6-cı yerləri bölüşdürür.
.