UEFA-nın Avropa çempionatı oyunlarının keçiriləcəyi iki şəhərlə bağlı qərarı bəlli olub.

Bu barədə Polşa Futbol İttifaqının rəhbəri Zbignev Bonek rəsmi tvitter hesabında bildirib.

O, İspaniyanın Sevilya şəhərinin Bilbaonun yerinə matçlara ev sahibliyi edəcəyini yazıb. İrlandiyanın paytaxtı Dublində keçirilməli olan qarşılaşmalar Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub.

Qeyd edək ki, Dublin və Bilbao Polşa yığmasının yer aldığı E qrupunun oyunları ilə yanaşı, 1/8 final mərhələsinin 1 matçına da ev sahibliyi etməli idi.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
 

.