"WhoScored" futbol statistikası saytı AVRO-2020-nin qrup mərhələsinin ən yaxşı 100 futbolçusunu açıqlayıb. "Report"un məlumatına görə, seçim hər matça verilən orta qiymət əsasında aparılıb.

Ən yaxşı futbolçu adına Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Brüyne 8,84 xalla layiq görülüb.

İkinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 8,06 xalla qərarlaşıb. "Üçlüy"ü Hollandiya millisindən Frenki De Yonq 7,87 xalla qapayır.

.