AVRO-2020-nin ev sahiblərindən olan İtaliyanı əvəzləməsi mümkün olan ölkə müəyyənləşib.
İtaliya mətbuatının məlumatına görə, paytaxt Roma azarkeşlərlə bağlı təminatı verə bilməsə, UEFA A qrupundakı qarşılaşmaları Bakı ilə yanaşı, İstanbula verə bilər.
Qitə futbol qurumu italyanlara ən azı 20 min azarkeşin oyunlara buraxılması təminatını vermək üçün aprelin 15-dək vaxt verib. Türkiyə tərəfi oyunları qəbul etməyə hazır olduğunu bəyan edib. Həmçinin UEFA da Bakı ilə İstanbul arasındakı məsafənin yaxın olduğunu nəzərə alaraq, bu dəyişikliyi əlverişli hesab edir.
Əgər bu dəyişiklik baş tutarsa, Türkiyə millisinin oyunları öz meydanında keçiriləcək. Əvəzində İtaliya yığması İsveçrə və Uelslə matçlarını Bakı Olimpiya Stadionunda oynayacaq.
Qeyd edək ki, UEFA AVRO-2020-nin təşkilatçı ölkələrini aprelin 19-da təsdiqləyəcək.
.