AVRO-2020-də 1/4 finalın daha bir cütü dəqiqləşib.

Münhendəki qarşılaşmada İtaliya ilə görüşəcək komanda bəlli olub.

Apenninlilərin rəqibi Belçika – Portuqaliya matçında müəyyənləşib. 1:0 hesabı ilə qalib gələn Belçika iyulun 2-də İtaliya ilə üz-üzə gələcək. Almaniyadakı oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bunadək Bakıdakı 1/4 finalın tərkibi bəlli olub. İyulun 3-dəki qarşılaşmada Çexiya ilə Danimarka üz-üzə gələcək.
 

.