AVRO-2020-nin Bakıda keçirilən oyunlarında azarkeş sayı stadionun tutumunun 50 faizindən də çox ola bilər.
Bunu UEFA-nın İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcı deyib.
Türkiyəli nümayəndə milli komandalarının qrup matçlarını ölkəmizdə keçirəcəyini xatırladaraq, azarkeş sayında artımı da istisna etməyib: “İki oyunumuzu Azərbaycanda keçirəcəyik. Onlar stadionun 50 faizinin dolacağını təsdiqlədilər. Bunu 75 faizə qədər də artırmaq imkanları var. Evimizdə oynayacağıq. Bu səbəbdən yaxşı olardı ki, matçlarımızda tribunaların 75 faizi dolsun”.
Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.