Futbol üzrə Avropa çempionatını qəbul edəcək şəhərlərin azarkeşlərlə bağlı konsepsiyalarını müəyyənləşdirmək üçün verilən müddət aprelin 7-də başa çatıb.
12 şəhərdən əksəriyyəti oyunları izləyəcək tamaşaçıların minimal sayını müəyyənləşdirib. Lakin hələ təminat verməyən, konkret say və qərarını açıqlamayan şəhərlər də var.
London (İngiltərə)
"Uembli" stadionu; tutumu: 90 000 tamaşaçı - mayın ortalarınadək 10 000, 21 iyundan isə qeyri-məhdud sayda azarkeş gələ bilər;

Qlazqo (Şotlandiya)
"Hempden Park"; tutumu: 51 000 tamaşaçı - 12 000 (25 faiz) azarkeş gələ bilər;

Dublin (İrlandiya)
"Aviva Arena"; tutumu: 51 700 tamaşaçı - Minimal sayda azarkeşə təminat verə bilmir. Bu səbəbdən, təşkilatçılıq hüququndan məhrum ediləcəyi gözlənilir;

Amsterdam (Nideland)
"Yohan Kroyf Arena"; tutumu: 54 000 tamaşaçı - ən azı 12 000 tamaşaçı gələ bilər;

Kopenhagen (Danimarka)
"Parken" stadionu; tutumu: 38 000 tamaşaçı - 11 000 - 12 000 tamaşaçı gələ bilər;

Sankt Peterburq (Rusiya)
"Sankt Peterburq Arena"; tutumu: 68 000 tamaşaçı - 50 faiz tamaşaçıya təminat verib;

Bilbao (İspaniya)
"San Mames" stadionu; tutumu: 53 000 tamaşaçı - Yoluxma enəcəyi halda, 13 000 tamaşaçı gələ bilər;

Buxarest (Rumıniya)
Milli Stadion; tutumu: 55 600 tamaşaçı - 13 000 tamaşaçı gələ bilər;

Münhen (Almaniya)
"Alyans Arena"; tutumu; 75 000 tamaşaçı - Almaniya Futbol İttifaqı yerli orqanlardan azarkeşlərin stadionlara gəlişinə şərait yaratmalarını xahiş edib;

Roma (İtaliya)
Olimpiya Stadionu; tutumu: 72 000 tamaşaçı - İtaliya hökuməti azarkeşlər üçün ən yaxşısını edəcəyinə söz verib. Bəzi məlumatlarda 20 000-dək tamaşaçıya şərait yaradılacağı bildirilir;

Budapeşt (Macarıstan)
"Ferents Puşkas" stadionu; tutumu: 67 200 tamaşaçı - Hələ rəsmən açıqlamayıb;

Bakı (Azərbaycan)
Bakı Olimpiya Stadionu; tutumu: 68 700 tamaşaçı - Hələ rəsmən açıqlanmayıb.

Qeyd edək ki, 2020-ci ildən təxirə salınmış Avropa çempionatı bu il 11 iyun - 11 iyulda keçirilməlidir.
.
