Yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqına sədrlik Belarusdan Qazaxıstana keçib.

 “Sputnik Kazaxstan” verdiyi məlumata görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astananın əsas prioritetlərinin İttifaq barədə müqavilələri tam reallaşdırmaq, qarşılıqlı faydalı əməkdaşlıq yönundə maneələri dəf etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək olduğunu bildirib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci ildə yaradılıb. İttifaqın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistandır.

.