Ukrayna parlamentinin sədri Aleksandr Turçinov, baş nazir Arseni Yastsenyuk və daxili işlər naziri Arsen Avakov keçmiş baş nazir Yuliya Timoşenkonun rəhbəri olduğu "Batkivşina” Partiyasından istefa veriblər.
Ukrayna mətbuatının məlumatına görə, partiyadan ümumilikdə 16 nəfər istefa verib. Daxili işlər naziri Arsen Avakov özünün facebook səhifəsində bildirib ki, istefalara səbəb qarşıdakı seçkilərdə digər siyasi partiyalarla birləşmək qərarı ilə bağlı yaranan ziddiyyətdir.
.