
APA-nın məlumatına görə, bunu Moldova Ombudsmanı Aurelia Qriqoriu deyib. O bildirib ki, Nobel Sülh Mükafatı laureatı olan Mixail Qorbaçov 20 Yanvar hadisələrinə görə Azərbaycan xalqı qarşısında üzr istəməli, günahlarını etiraf etməlidir: "Dünya ictimaiyyəti də buna qiymət verməlidir. Onun əfv alıb-almayacağı başqa məsələdir, amma insanlığa qarşı törədilən cinayətlər öz qiymətini almalıdır”..