ATV telekanalında yayımlanan "Azərbaycanın səsi” verilişində ötən gün maraqlı anlar yaşanıb. "A24.az” bildirir ki, yarışmaya Türkiyədən qatılan Davut Gül, Türkiyənin tanınmış müğənnisi Ahmet Kayanın "kafama sıkar giderim” mahnısını ifa edib. Mahnıya ilk rəyi bildirən Nisə Qasımova ümumilikdə Davutun ifasını bəyənib.Qasımovadan sonra söz Nadir Qafarzadəyə verildi. Qafarzadə isə türk ifaçıya öz iradlarını bildirdi.

"Mənim ümumiyyətlə bu tərzdən xoşum gəlmir. Qardaş gəlib xoş gəlib, hər bir millətə hörmətimiz var. Hətta hörmət etməyənə də, hörmət edirik. Bizim öz mahnılarımız da var, onları da oxuya bilərsən. Mən çox pis insanam, mən kötü adamam. Ancaq millətimi və onun musiqisini çox sevirəm. Bunu ona mən deməli deyiləm, heç ondan xahiş də etmirəm. Nə vaxt oxuyacaq milli musiqimizi? Veriliş bitdikdən sonra? O özü düşünməlidir ki, Azərbaycana gəlib və milli musiqimizi ifa etməlidir. Mən sözün düzünü deməyi sevirəm.”
Daha sonra danışmağa davam edən Qafarzadə sözünü bitirməmiş, verilişin anonsu yayımlandı. Verilişin kadr arxasında olan şəxslərdən birinin verdiyi məlumata görə müğənni sözünün kəsildiyi zaman hələdə türk ifaçı haqda danışırmış.
.