BBC-nin verdiyi məlumata görə, Amerikanın Odyssey Marine şirkətinin əməkdaşları Atlantik okeanından 200 t gümüş yükü olan SS Gairsoppa adlı batmış gəmi aşkar ediblər. Gəminin yükünün ümumi qiyməti 170 milyon avro dəyərindədir. SS Gairsoppa 1941 ci ildə alman sualtı gəmisi tərəfindən vurularaq batırılmışdır. 85 nəfər heyəti olan gəmi heyətindən yalnız bir nəfər xilas ola bilib.Britaniya Nəqliyyat Departamenti ilə Odyssey Marine-nin arasında bağlanmış müqaviləyə əsasən, tapıntının qiymətinin 80%-i şirkətə məxsusdur.
Gəmi Hindistandan Britaniyaya üzürmüş. Fırtına zamanı İrlandiyanın Qoluey körfəzinə can atan heyət alman sualtı gəmisi tərəfindən aşkar edilərək məhv edilmişdir.
125 m uzunluqda olan gəminin qalıqları İrlandiya sahillərindən 480 km aralıqda 4.7 min metr dərinlikdə tapılıb. Gəminin suyun səthinə qaldırılması 2012-ci ildə həyata keçirilmişdir ...


.