Bu gün ATƏT sədri, Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer Yerevanda Qarabağdakı separatçı rejiminin "rəhbəri" Bako Saakyanla görüşüb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və regional problemlər müzakirə edilib.
Görüş zamanı Bako Saakyan Dağlıq Qarabağ separatçılarının da danışıqlar prosesində tamhüquqlu üzv kimi iştirak etməli olduğunu deyib və cəbhə xəttində insidentlərin araşdırılması üçün mexanizmlərin yaradılmasını təklif edib.
Görüşdə ATƏT sədrinin şəxsi köməkçisi Anjey Kasprşik və s. şəxslər də iştirak edib.
.
