“Rusiya ilə Ermənistan-Azərbaycan münaqişəsinin həllində birlikdə necə işləyə biləcəyimizi müzakirə edəcəyik”.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirib.

“Mən Rusiyanın ötən həftə atəşkəsə nail olması ilə bağlı təşəbbüslərini və sülh müqaviləsinin imzalanmasına göstərdiyi səyləri alqışlayıram”, - deyə ATƏT-in sədri vurğulayıb.

.