“Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşmüşəm”.

Bunu bu gün İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Keçirilən görüşlərdə ATƏT-in Avropada təhlükəsizlik qaydasını qorumaq prioritetinə sadiq qaldığımızı bildirmişik. Qadınlar üçün təhlükəsizliyin təmin olunması da vacibdir. Bunları təmin etməklə regional çağırışlara da cavab vermək mümkündür”, - deyə o bildirib.

A. Linde qeyd edib ki, 10 noyabr 2020-ci ildə atəşkəsə nail olunub, bölgədə vəziyyət dəyişib.

ATƏT sədri vurğulayıb ki, münaqişənin uzunmüddətli həlli lazımdır.

Ann Linde: “Stokholmda Azərbaycanın yeni səfirini gözləyirik”

“Yaxın vaxtda Stokholmda Azərbaycanın yeni səfirini gözləyirik”.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde bildirib.

ATƏT-in fəaliyyətdə olan sədri deyib ki, atılan addımlar siyasi və iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.

.