ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Rusiya xarici işlər naziri Segey Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.

Bu barədə A. Linde Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Ukrayna ilə yanaşı, biz ATƏT regionundakı digər münaqişələri və böhranları da müzakirə etdik, bunlar Dnestryanı münaqişəsinin həlli və Azərbaycan-Ermənistan məsələsi idi", - deyə o bildirib.

.