ATƏT - in Nazirlər Şurasının iclasında iştirak etmək üçün Kiyevə gələn rəsmilərdən müxalifətçilərə dəstək gəlib. Novoye-Vremya.com Ukrayna mediasına istinadən xəbər verir ki, ATƏT -in baş katibi Lamberto Zannier "Meydan”a gələrək mitinqçilərlə görüşüb. Kiyevdə olan hadisələri Ukraynanın xarici işlər Leonid Kojara ilə müzakirə edən Lamberto Zannier mitinqçilərə dəstəyini gizlətməyib. Eyni zamanda Almaniyanın xarici işlər naziri də mitinqi ziyarət edib.
"Meydan”ı Ukrayna müxalifətinin lideri Klicko ilə birlikdə gəzən almaniyalı nazir mitinqçilər qarşısında çıxış da edib.
.
