"Cənubi Qafqaz mürəkkəb regiondur, bu regionla bağlı çətin öhdəliklər var".

Bunu APA-ya açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa vermiş Kristian Vigeninin final hesabatı və bu vəzifəyə yeni təyinatla bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, Kristian Vigenin 3 ilə yaxın xüsusi nümayəndə kimi fəaliyyət göstərib: "Final hesabatında o təklif etdi ki, ATƏT PA-da planlaşdırdığımız islahatlara uyğun olaraq, xüsusi nümayəndə ilə bağlı modeli bir qədər dəyişə bilərik. Biz hazırda işimizi daha necə effektli edə biləcəyimiz, güclərin, öhdəliklərin paylanması, portfellərin vitse-prezidentlər və xüsusi nümayəndələr arasında paylanması barədə düşünürük. Lakin bu, sadəcə, təklifdir. Biz bu öhdəlikləri vitse-prezidentə də verə bilərik, yaxud bu öhdəliklər başqa şəkildə formalaşdırıla bilər. Biz bu barədə düşünəcəyik.

.