ATƏT Parlament Assambleyasının (PA) Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin toplantısında Sloveniyadan olan deputat Roberto Battellinin müəllifi olduğu "Dövlət və özəl sektorda təhlükəsizliyin təmin edilməsi üzərində demokratik nəzarət” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb.
Sənəddə qeyd edilir ki, ATƏT-ə üzv dövlətlərin parlamentləri bu ölkələrin Silahlı Qüvvələr üzərində ali nəzarəti həyata keçirməli və Silahlı Qüvvələrin fəaliyyətinə tam məsuliyyət daşımalıdır.
Parlamentlərdən kəşfiyyat orqanlarının fəaliyyətinə diqqəti artırmaq və bu sahədə insan hüquqlarının pozulması faktlarını dərindən araşdırmaq istənilir. Qətnamə layihəsində ATƏT-ə üzv dövlətlər dövlət orqanları tərəfindən hüquqları pozulan insanlarla bağlı məsələləri işıqlandıran jurnalistləri və onların mənbələrini müdafiə etməyə çağırılır.
Qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
.