ATƏT müşahidəçiləri Donetsk yaxınlığında hücuma məruz qalıblar.
ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 5 nəfərdən ibarət qrupu aparan avtomobil atəş altına düşüb. Maşının ətrafında qumbaratandan atılan 19 mərmi partlayıb.
Heç kim xəasərət almasa da maşına ziyan dəyib. Baş verən insidentə baxmayaraq müşahidəçilər Donetskdə qalacaqlarını bildiriblər.
.