ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli Müşahidə missiyasının üzvləri Yeni Zaman Partiyasının mənzil-qərargahında partiya rəhbərliyi ilə görüşüb.

Görüşdə ATƏT-in uzunmüddətli Müşahidə missiyasının üzvləri - Tomas Huq, Laura Villalba, Yeni Zaman Partiyasının sədri Musa Ağayev, sədr müavini Farazi Məhəmməd iştirak ediblər.

Qarşılıqlı və faydalı dialoq şəraitində baş tutan görüşdə seçkilərə hazırlığın vəziyyəti və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. ATƏT-in uzunmüdətli Müşahidə Missiyasının üzvləri Yeni Zaman Partiyasının fəaıiyyətini yaxından izlədiklərini bəyan edərək, partiyaya gələcək fəaliyyətində uğurlar arzu ediblər.

.