ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri başlayır.
APA-nın xəbərinə görə, amerikalı həmsədr Ceyms Uorlik artıq Ermənistandadır. Bu barədə o, öz "Twitter” səhifəsində yazıb.
C. Uorlik sabah Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcəklərini bildirib.
Həmsədrlər daha sonra Azərbaycana gələcəklər.
.