ATƏT-in Ukraynadakı məşvərətçi missiyası həm Lvovda fəallığı artırmağı, həm də Kiyevə qayıtmağı planlaşdırır.

UNİAN-ın xəbərinə görə, bunu Lvov hərbi administrasiyasının rəhbəri Maksim Kozitsi bildirib. ATƏT-in missiyasının rəhbəri Antti Hratikaynenlə görüşdən sonra bildirib.

Administrasiya rəhbəri bildirib ki, missiyaya yeni mandat verilib və bura əlavə 54 məsləhətçi cəlb edilib. Onların başlıca vəzifəsi hərbi cinayətləri araşdırmaq olacaq.

Qeyd edək ki, həftənin əvvəlində 17 diplomnatik nümayəndəlik Kiyevdə fəaliyyətini bərpa edib.

.