"Dağlıq Qarabağ münaqişəsində dayanıqlı həllə nail olmaq lazımdır".

"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, bu münaqişənin həlli bugünkü görüşdə müzakirə olunub və bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın rolunu vurğulayıb.

A.Alfano bildirib ki, münaqişə Madrid prinsipləri əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunmalıdır.
.