Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 24-ü Nyu-Yorkda ATƏT-in baş katibi Lamberto Zannierlə görüşüb.
"Mediaforum" bildirir ki, görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
XİN-in mətbuat xidmətinin rəsmi açıqlamasına görə, tərəflər ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinin ofisi və ofisin təqdim etdiyi layihələr ətrafında fikir mübadiləsi aparıblar. Görüşün sonunda ATƏT-lə Azərbaycan hökuməti arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında anlaşma memorandumu imzalanıb.
.