"AtaHolding” ASC 2004-cü ilin dekabrında yaratdığı "İnter-Turizm” şirkətini ləğv etdiyini elan edib.
Holdinqin korporativ hüquq şöbəsinin rəisi Sübhi Mustafayev "İnter-Turizm” MMC-nin ləğvi barədə qərarı şərh edərkən deyib ki, bu, yəqin, şirkətin fəaliyyətsizliyi ilə bağlıdır.
"İnter-Turizm” MMC turizm sahəsinə investisiyalar etmək üçün yeni layihələrin araşdırılması, hazırlanması və tətbiqi məqsədilə yaradılıb. Şirkətin direktoru Əşrəf Kamilov bir neçə holdinq şirkətin, o cümlədən "Synergy Group” və ”Akkord Korporasiyası” ASC-nin sahibi hesab edilir.
"AtaHolding” ASC-nin aktivində 2 turizm şirkəti ("Ata Travel” "Ata Turizm”) və Bakıda "Excelsior” oteli ("İnterservice” şirkəti idarə edir) var.
Açıqlanan son maliyyə hesabatına əsasən, "AtaHolding” ASC-nin hazırda fəaliyyət göstərməyən ən azı 10 törəmə şirkəti var ("Ataİnşaat”, "AtaQida”, "SaSa Ət Məhsullari”, "AtaTreydinq”, "AtaMarketinq”, "AtaAqro”, "AtaTelekom”, "AtaEnerji”, "Ata Neft-Qaz”, "AtaHoldinq Moldova”). Hələlik onların ləğv edilməsi nəzərdə tutulmur
.