At üstündə gedən 15 yaşlı gənci maşın vurub.
ATV.az bildirir ki, hadisə dünən axşam 21:00 radələrində Balakən rayon Talalar kəndində qeydə alınıb. Rayon sakini Murtuzəli Hacı oğlu Mustafayev idarə etdiyi "VAZ 21074” markalı avtomobillə eyni yollda gedən atın üstündəki 2001-ci il təvəllüdlü Gümrah Mahir oğlu Osmanovu vurub.
Qəza nəticəsində at ölüb, gənc isə Balakən Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Balakıən rayon Polis Şöbəsində araşdırma aparılır.
.
