Astaranın Şahağacı kəndində şəhid Fikrət Bəşirovun dəfn mərasimi keçirildi - Fotolar

4,680 oxunub

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulması zamanı şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlunun Astara rayonunun Şahağacı kəndində dəfn mərasimi başlayıb.

Yenizaman.az Report-a istinadən xəbər verir ki, şəhidin tabutu Şahağacı kəndindəki evlərinə gətirilib.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu F.Bəşirovv müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Qeyd edək ki, dörd gün əvvəl şəhidin qız övladı dünyaya gəlib. O, Fizuli istiqamətində şəhid olub.

.
XƏBƏRLƏR 30-10-2026
Təqvim