Astarada iribuynuzlu heyvanın hücumuna məruz qalan şəxs ölüb.

Hadisə gecə saatlarında rayonun Maşxan kəndində olub.

1972-ci il təvəllüdlü kənd sakini Elşən İbadova həyətində hücum edən heyvan onu ayaqlarının altında əzib. E.İbadovu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

.