Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası oktyabrın 14-də Qazaxıstanın Astana şəhərində keçiriləcək.

TASS xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 13-də Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit, növbəti gün isə “Mərkəzi Asiya-Rusiya” sammiti baş tutacaq.

Qazaxıstan 2022-ci ildən MDB-də sədrlik edir.

.