“Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün əlimizdən gələni etməliyik”.

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks qurumun yay sessiya çərçivəsində Rusiya-Ukrayna arasındakı müharibə məsələsinə toxunarkən deyib.

“Müharibə bizim üçün normala çevrilməməlidir və müharibənin bitməsi üçün əlimizdən gələni etməli, Ukrayna ilə öz həmrəyliyimizi göstərməliyik”, - o qeyd edib.

Tini Koks Rusiya parlamenti, hökuməti və Prezidentini müharibəni dayandırmağa çağırıb, müharibənin heç bir zaman başlamamalı olduğunu, bunu davam etdirmək üçün heç bir səbəb görmədiyini əlavə edib.

.