Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində bu gün qurumun Monitorinq Komitəsinə sədr seçkiləri keçirilib.
Avstriyalı parlamentar Stefan Şennah böyük səs çoxluğu ilə 2 il müddətinə AŞPA-nın Monitorinq Komitəsinin sədri vəzifəsinə seçilib.
S. Şennah bu postda estoniyalı parlamentar, AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andres Herkeli əvəz edib.
.
